Xəbəri Kokpitdə Oxuyun!

Rassell: Podiumdan məmnunam

Mercedes  komandasının pilotu Corc Rassell Böyük Britaniya Qran Prisini gözlənilmədən ikinci yerdə başa vurub. Britaniyalı sürücü doğma trasında ilk podiumunu qazandığını deyərək nəticədən böyük məmnunluq ifadə edib.

 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü vətənindəki yarışda zirvədən uzaq olsa da, son dövrədə baş verən dramatik hadisələrə görə ikinci olub.

Corc Rassell: “İlk növbədə Şarlı təbrik edirəm – o, əla yarış keçirdi.

Silverstounda yarışmaq mənim üçün həmişə xüsusi hissdir. Bu, doğma trasımda qazandığım ilk podiumdur və buna görə çox xoşbəxtəm!

Yarış mənim üçün elə də uğurlu keçmirdi, amma sonda təhlükəsizlik avtomobilinin trasa çıxması mənə kömək etdi. Azarkeşlər üçün restart maraqlı olardı, lakin mənim təkərlərim tamamilə soyumuşdu. Buna görə də yarışın elə təhlükəsizlik avtomobili arxasında başa çatmasına və ikinci yeri tutmağıma sevinirəm.

Çətin həftəsonu oldu, ancaq ümumilikdə podiuma yüksəldiyim üçün çox məmnunam”.

Rauf Hacıyev

Şərh əlavə et