Yarışdan sonra britaniyalı sürücü komanda yoldaşı Şarl Lekleri təbrik edib və öz səhvinin nəticəyə təsir etdiyini bildirib.
Lyuis Həmilton: “İlk növbədə Şarlı təbrik etməliyəm! Bu Qran Pridə qalib gəlmək tamamilə fərqli hissdir. Komandamız möhtəşəm nəticə qazandı, buna görə Ferrari-ni təbrik edirəm!
Mənə isə bu gün qələbə qazanmaq qismət olmadı. Əvvəlcə falstart etdim və buna görə beş saniyə cəza aldım. Üstəlik, Şarl bu gün məndən daha sürətli idi.
Maşının balansı ideal deyildi, lakin bacardığım maksimumu etdim və podium qazandığımız üçün komandaya minnətdaram. Ön təkərlərin asfaltla ilişməsi çatışmırdı. Ön qanadın hücum bucağını düzgün tənzimləməmişdik, o, kifayət qədər yüksək deyildi. Bu həm mənim, həm də yarış mühəndisimin səhvidir.
Görünür, artıq Mercedes ilə mübarizə apara bilirik. Baxmayaraq ki, Kimi Antonelli ilə nə baş verdiyini bilmirəm. Maşın üzərində işləməyə davam etməliyik ki, xalis sürət baxımından çatışmazlığı aradan qaldıraq. Amma hər halda, Ferrari bu mövsüm artıq iki qələbə qazanıb və bu, möhtəşəm nəticədir!”




Şərh əlavə et