Çənlər böyüsün ya yarışlar qısalsın?

Çənlər böyüsün ya yarışlar qısalsın?
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Dünən FIA yaxın aylar üçün fəaliyyət planını açıqlayıb. Belə ki, komandalar və mühərrik istehsalçıları 2027-ci ilə qədər çatdırmaq məqsədilə güc qurğularında dəyişiklikləri sürətlə həyata keçirməli olacaqlar.

Söhbət daxiliyanma mühərriyi ilə elektrik sistemləri arasındakı 50/50 güc bölgüsündən imtina edib bu nisbəti 60/40-a yaxınlaşdırmaqdan gedir. Lakin bu, nəzəriyyədə sadə görünsə də, praktiki baxımdan kifayət qədər mürəkkəb prosesdir.

The Race nəşri yazır ki, bəzi əsas məsələlər üzrə müzakirələr artıq başlayıb. Hazırda qəbul edilən qərarlar yalnız qarşıda duran məqsədi müəyyənləşdirir, amma güc qurğularında və şassidə konkret hansı dəyişikliklərin ediləcəyi hələ tam aydın deyil.

Artıq məlumdur ki, rekuperasiya zamanı batareyada toplanan enerji limiti artırılmalıdır. Hazırda bu göstərici 350 kVt təşkil edir. Bundan əlavə, daha güclü batareyalara ehtiyac yarana bilər. Hazırda onların tutumu 4 MJ ilə məhdudlaşdırılıb və mümkün variantlardan biri bu həddi 5 MJ-a yüksəltməkdir.

Lakin Formula 1-də sadə həllər olmur. FIA-nın dünən yaydığı press-relizdə yanacaq sərfiyyatının artırılmasından da bəhs olunurdu. Bu isə o deməkdir ki, yarış məsafəsini problemsiz başa vurmaq üçün yanacaq çənlərinin həcmi də artırılmalıdır.

Belə dəyişikliklər isə ciddi əlavə xərclər tələb edir. Komandalar büdcə limitləri şəraitində çalışırlar və bu tip yenidənqurma işləri maliyyə yükünü artıracaq.

The Race-in məlumatına görə, bəzi komandalar — hətta təxminən yarısı 2027-ci ildə də 2026-cı il bolidlərinə çox yaxın şassi istifadə etməyi planlaşdırırdı. Ancaq yanacaq çəninin böyüdülməsi və daha iri batareyaların yerləşdirilməsi lazım gəlsə, bu planlardan imtina edilməli olacaq.

Bu səbəbdən müəyyən kompromislərin qaçılmaz olduğu bildirilir. Hazırda hadisələrin inkişafı üçün üç əsas ssenari nəzərdən keçirilir.

Birinci variant büdcə limitlərinin korrektə olunması və komandaların bolidlərdəki dəyişikliklər üçün daha çox vəsait xərcləməsinə icazə verilməsidir.

İkinci variant isə yanacaq çənlərinin böyüdülməsinə ehtiyac qalmaması üçün yarış məsafələrinin qısaldılmasıdır. Əgər yanacaq sərfiyyatı təxminən 10 faiz artırılacaqsa, Qran Prilərin məsafəsi də təxminən həmin qədər azaldılmalıdır.

Lakin belə qərarın qəbulunun çətin olacağı düşünülür. Buna görə üçüncü ssenari daha real görünür — yanacaq sərfiyyatı limitinin yalnız sıralanma turunda artırılması.

Belə halda şənbə günü bolidlər daha sürətli olacaq, bazar yarışlarında isə indiki göstəricilər qorunacaq. Hesab olunur ki, bu variant yarışların tamaşa baxımından keyfiyyətinə ciddi təsir etməyəcək.

Formula 1-in hansı yolu seçəcəyi hələ məlum deyil, amma bütün əsas qərarların yaxın vaxtlarda qəbul olunması gözlənilir.

Bunları da oxuyun

Şərh əlavə et