MotoGP: Fransada poul Banyayanındır

MotoGP: Fransada poul Banyayanındır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Fransa Qran Prisinin sıralama turunda poulun sahibi Françesko Banyaya olub.

Q1

Le Man trsında pit yolunun açılması ilə birlikdə 15 dəqiqəlik Q1 sessiyası start götürüb və sürücülər trasa çıxıblar.

Sessiyanın ilk dəqiqələrində Enea Bastianini qəza etsə də, yarışa davam edə bilib. Ardınca Mark Markes 1:29.988 nəticə göstərərək sessiyanın ilk ən sürətli dövrəsini vurub. Daha sonra sürətli dövrələr ard-arda gəlməyə davam edib və liderlik tez-tez əl dəyişdirib.

Sessiyanın bitməsinə 5 dəqiqə qalmış Fabio Kuartararo 1:29.967 nəticə ilə zirvəyə yüksəlib. İkinci yerdə isə Raul Fernandes qərarlaşıb.

Bir neçə saniyə sonra Mark Markes möhtəşəm bir dövrə vuraraq 1:29.288 nəticə göstərib və Kuartararonun 2025-ci ildə müəyyənləşdirdiyi 1:29.324-lük tras rekordunu yeniləyib.

Beləliklə, Q1 sessiyası Mark Markesin liderliyi ilə başa çatıb. Fabio Kuartararo ikinci yeri tutaraq Q2-yə yüksələn digər sürücü olub.

Toprak Razqatlıoğlu isə Q1 sessiyasını yeddinci pillədə tamamlayıb.

Q2

Qısa fasilədən sonra MotoGP həyəcanı Q2 sessiyası ilə davam edib.

İlk dəqiqələr geridə qalarkən Marko Bezzekki 1:29.825 nəticə ilə ilk sıraya yüksəlib. Fabio Di Cianantonio ikinci yerdə qərarlaşıb.

Mark Markes 1:29.646 nəticə ilə liderliyi Bezzekkidən alıb. Həmin anda qardaşı Aleks Markes Dunlop şikanında qəza edib və sarı bayraqlar dalğalandırılıb.

Sessiyanın son saniyələrində Françesko Banyaya sürprizə imza ataraq, 1:29.634 nəticə ilə poul mövqeyini qazanıb. Mark Markes ikinci, Marko Bezzekki isə üçüncü olub.

Fabio Di Cianantonio son dövrəsində olduqca sürətli nəticə göstərərək poul uğrunda mübarizə aparsa da, trafikə düşdüyü üçün dördüncü pillə ilə kifayətlənib.

Yayımlanan görüntülərdə Banyayanın bilərəkdən Di Cianantonionu ləngitmiş ola biləcəyi diqqət çəkib və bununla bağlı araşdırma başladılıb.

Pedro Akosta beşinci, Fabio Quartararo isə altıncı olub. Onların ardınca Xoan Mir və Xorxe Martin qərarlaşıblar.

Bunları da oxuyun

Şərh əlavə et