Ferstappenin Red Bull-un inkişafına töhfəsi

Ferstappenin Red Bull-un inkişafına töhfəsi
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull-un Mayamidəki yeniliklərinin arxasında Ferstappenin aylar əvvəl dilə gətirdiyi mürəkkəb mühəndislik problemi dayanıb.

Red Bull-un Mayami Qran Prisində göstərdiyi performans artımı kənardan qəfil sıçrayış kimi görünsə də, əslində bunun arxasında Maks Ferstappenin aylar əvvəl işarə etdiyi problemi həll etmək üçün aparılan detallı iş dayanırdı.

Dördqat dünya çempionu yarışı beşinci pillədə başa vursa da, RB22 əvvəlki mərhələlərlə müqayisədə xeyli güclü temp nümayiş etdirib.

Texniki direktor Pyer Vaşenin sözlərinə görə, problemi tapıb aradan qaldırmaq heç də asan olmayıb. Ferstappen Barselonadakı ilk testlərdən etibarən boliddə nəyinsə qaydasında olmadığını hiss edib. Lakin problemin mənbəyini tam müəyyənləşdirmək gözləniləndən daha çətin alınıb.

Bu proses təkcə nasazlığın aşkarlanması ilə yekunlaşmayıb, eyni zamanda sükan sisteminin əsas elementlərinin yenidən hazırlanmasını da əhatə edib. Red Bull bütün sükan sistemini və ona bağlı komponentləri kökündən dəyişdirib. Bu yeniliklərin təsiri ilk dəfə Silverstoundakı çəkiliş günündə özünü göstərməyə başlayıb.

Mayamidəki performans yüksəlişinin yeganə səbəbi də sükan sistemindəki dəyişikliklər olmayıb. Komanda yenilənmiş saydpod dizaynı və yeni altlıq da daxil olmaqla bir sıra yenilikləri bolidə inteqrasiya edib.

Ən diqqətçəkən yeniliklərdən biri isə Ferrari-nin “Macarena” konseptini xatırladan, amma fərqli mühəndislik prinsipi ilə çalışan hərəkətli/fırlanan arxa qanad sistemi olub. Vaşe sistemin hazırlanma prosesindən danışarkən bunları deyib: “Yanılmıramsa, inkişaf prosesinə noyabrın əvvəlində başlamışdıq.

Bəhreyn və Melburnda istifadə etməyə çalışdıq, ancaq sistemin işləməsinə mane olan bəzi problemlərlə qarşılaşdıq. Suzukada yenidən sınadıq, lakin çox çətinlik yaşadıq.

İndi isə sistem olması lazım olduğu kimi işləyir. Belə mexanizmi həyata keçirmək uzun vaxt tələb edir”.

Vaşe əlavə edib ki, sistemi ideal vəziyyətə gətirmək yalnız funksionallıq deyil, həm də FIA qaydalarına tam uyğunluq tələb edirdi: “Sistemin açılıb-bağlanma müddəti məhduddur və sabit vəziyyətdə qət etməli olduğu məsafə alışdığımızdan daha uzundur.

Yeni sistem olduğuna görə əvvəlcədən proqnozlaşdıra bilmədiyimiz problemlər yaşadıq. Bu problemlərin bir hissəsi bizdən qaynaqlanırdı. Düzəltməli olduğumuz məqamlar oldu və həmin düzəlişlər bolidin normal inkişaf prosesini uzatdı”.

Mayamidəki yeniliklər göstərir ki, Red Bull mövsümə etdiyi çətin başlanğıcdan sonra yenidən sürət toplamağa başlayıb.

Lakin komandanın bu nöqtəyə gələnə qədər yaşadıqları müasir Formula 1 inkişaf prosesinin nə qədər mürəkkəbləşdiyini də sübut edir. Çünki sükan hissiyyatı kimi ilk baxışda sadə görünən problemin tam həll olunması üçün belə aylarla davam edən mühəndislik işi lazım gəlib.

Bunları da oxuyun

Şərh əlavə et