Kokpit.az xatırladır ki, “qırmızlar” hazırda peletondakı ən sürətli ikinci kollektiv təəssüratı bağışlayırlar və onlar mövsümün ilk 3 yarışında da podiuma yüksəliblər. Lakin italyanlar Mercedes ilə mübarizə aparmaqda çətinlik çəkiblər.
Luka di Montedzemolo: “İlk üç yarışda yaxşı maşın gördüm – etibarlı və stabil, amma mənə çempionluq qazana biləcək səviyyədə görünmədi. Ona güc çatmır, enerji çatmır. Şanslardan danışmaq üçün komandanın onu nə dərəcədə təkmilləşdirə biləcəyini anlamaq vacibdir.
Bu qədər ildən sonra bir neçə yarış qazanmaq və ya podiuma çıxmaq kifayət deyil, çempion olmaq lazımdır. Ümid edirəm ki, yeniləmələrdən sonra komanda həqiqətən liderlik uğrunda mübarizə aparacaq maşın hazırlaya biləcək.
Mayamidə mövsüm hamı üçün yenidən başlayacaq. Komandanın hazırlıq üçün bir ay vaxtı var və ümid edirəm ki, Ferrari maşını inkişaf etdirmək üçün kifayət qədər güc və imkan tapacaq”.




Şərh əlavə et