Xəbəri Kokpitdə Oxuyun!

Piastri: Qəza öz səhvimdən oldu

McLaren komandasının sürücüsü Oskar Piastri qəzanın məsuliyyətini öz üzərinə götürüb.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü öz vətənindəki yarışın startından əvvəl qəza edib və yarışa başlamamış mübarizəni dayandırıb.

Oskar Piastri: “Çətinliklər bokslardan çıxan kimi başladı, çünki batareya demək olar ki, boş idi. Qəzaya gəlincə, o, bir neçə amilin üst-üstə düşməsi nəticəsində baş verdi, baxmayaraq ki, əsas məsuliyyət mənim üzərimdədir. Döngədən çıxarkən bordyura toxundum, təkərlər isə hələ soyuq idi. Üstəlik, güc qurğusu gözlədiyimdən 100 kVt daha çox güc verdi.

Təəssüf ki, bütün bu amillər birlikdə hamının gördüyü nəticəyə gətirib çıxardı. Əlbəttə, bu məyusedicidir, belə hadisələr baş verməməlidir.”

Rauf Hacıyev

Şərh əlavə et