Mercedes komandasının sürücüsü karyerasında 8-ci dəfə poul mövqeyini qazanıb. Bu nəticə mövsümün əvvəlində Mercedes-in üstün ola biləcəyi ilə bağlı proqnozları təsdiqləyir.
Corc Rassell: “Əla gün idi! Biz bilirdik ki, W17 bolidinin böyük potensialı var, amma mövsümün ilk şənbəsinə qədər heç nədən əmin olmaq mümkün deyil. Bu gün isə maşın həqiqətən çox sürətli idi.
Asfaltın temperaturu aşağı düşdükcə adətən belə şərait bizə daha çox uyğun gəlir. Bundan əlavə, Kiminin də birinci cərgəyə düşməsinə çox sevindim. Üçüncü məşqdəki qəzasından sonra onun maşınını hazırlamaq üçün komanda çox çalışdı və qarajdakı hər kəs möhtəşəm iş gördü.
Bu bolidi idarə etmək asan deyil, lakin sabahkı yarışı səbirsizliklə gözləyirəm. Çox maraqlı mübarizə ola bilər və ümid edirəm ki, Avstraliya Qran Prisində yaxşı çıxış edəcəyik.
Yeni bolidlərdə ən sadə prosedurlar belə – məsələn start və ya pit-stop daha çətin olub. Final sessiyasından əvvəl komandaya dedim: ‘Gəlin sadəcə yaxşı kvalifikasiya keçirək, çünki sabah nə olacağını heç kim bilmir’.
Ümumilikdə əla gün oldu və biz ən yaxşı mövqedən start alacağıq”.




Şərh əlavə et