Komandada vəziyyətin çətin olduğunu gizlətmirlər və hətta növbəti mərhələ – Şanxayda keçiriləcək Çin Qran Prisində finişə çatacaqlarına tam əmin deyillər. Komanda daha çox Bəhreyn mərhələsinə ümid edir, çünki həmin yarışa Honda yeni batareyalar gətirməyi planlaşdırır.
Fernando Alonso (yarışı dayandırıb): “Mən yaxşıyam. Həftəsonundan müsbət nəticələr çıxarmağa və irəliləməyə çalışmalıyıq. Komandada hamı vəziyyəti dəyişmək üçün qətiyyətlidir və bunun üzərində çox işləyir. Bəhreyndə cümə axşamı olduğumuz vəziyyətlə müqayisədə indi daha yaxşı durumdayıq.
Bir neçə həlli sınaqdan keçirməyə, maşının işlədiyi diapazonu tapmağa və məşqlərdə vurduğumuz dövrələr sayəsində şassini daha yaxşı anlamağa nail olmuşuq. Bu gün hər iki maşınla isinmə dövrəsi vurmuşuq, start almışıq və pit-stoplar etmişik. Başqaları üçün bunlar adi görünə bilər, ancaq məsələn, Bəhreyndə biz start prosedurunu ümumiyyətlə məşq etməmişdik. Ona görə bu gün topladığımız məlumatlar Çin mərhələsinə daha yaxşı hazırlaşmağa kömək edəcək.
Çində daha yaxşı nəticə göstərəcəyimizi demək çox optimist səslənərdi, ancaq biz heç olmasa yarışın bütün məsafəsini qət etməyə çalışacağıq. Bəhreyndə daha çox batareya və ehtiyat hissələri alacağıq, buna görə Çində bazar günü yarışında bir qədər daha çox risk edə bilərik”.
Ləns Stroll (təsnif olunmayıb): “Bütün həftəsonu çətin keçdi və yarış da o qədər yaxşı alınmadı. Amma heç olmasa müəyyən sayda dövrə vurmağa nail olduq.
Vibrasiya ilə bağlı problemlər hələ də qalır. Fiziki olaraq özümü yaxşı hiss edirəm və bu maşını idarə edə bilirəm. Sadəcə vibrasiya mühərriyə və digər sistemlərə pis təsir göstərir”.




Şərh əlavə et