Xəbəri Kokpitdə Oxuyun!

C.Vitli: Səkkizinci yer mümkün idi

Audi komandasının rəhbəri Conatan Vitli bildirib ki, Avstraliyada səkkizinci yer mümkün olub.

Kokpit.az xatırladır ki, bununla da almaniyalı avtomobil istehsalçısı Formula 1-dəki ilk xallarını əldə edib.

Conatan Vitli, komanda rəhbəri: “Qabriel yarışı çox yaxşı keçirdi, startdan finişə qədər ağıllı və yetkin şəkildə hərəkət etdi. Start ideal olmayıb, problemlərin yarana biləcəyini bilirdik, amma o, sakitliyini qorudu və yarış boyu özünəinam göstərdi.

Rəqiblərə təzyiq göstərmək üçün iki pit-stoplu aqressiv strategiya seçmişdik. Hadisələr son dövrələrdə bir qədər fərqli inkişaf etsəydi, səkkizinci yer uğrunda mübarizə aparmaq mümkün idi.

Təəssüf ki, Niko Hülkenberq start ala bilmədi. O, Audi-nin heyətində ilk yarışına çıxmaq üçün çox motivasiyalı idi.

Ümumilikdə ilk Qran Pridə doqquzuncu yer və qazanılan xallar Audi Revolut F1 Team üçün əla başlanğıcdır və tarixi bir an hesab olunur. Bununla fəxr edə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et