Xəbəri Kokpitdə Oxuyun!

A.Lindblad: Özümü çimdikləmək istədim

Arvid Lindblad Avstraliya Qran Prisində 8-ci yeri tutub və yarışdan sonra təəssüratlarını bölüşüb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü karyerasının ilk F1 yarışında xal qazanaraq, bu uğura nail olan ən gənc ikinci sürücü olub.

Arvid Lindblad:  “Məncə, ilk dövrədə bir anlıq 3-cü yerdə gedirdim və bu, inanılmaz dərəcədə əyləncəli idi! Hamıya göstərmiş oldum ki, imkan yarananda onu əldən vermək fikrim yoxdur. Ümumiyyətlə, yarış mənə böyük zövq verdi.

Həftəsonunun gedişadtı xoşuma gəldi. Bəzi məqamlarda daha yaxşı nəticə göstərmək mümkün idi, yarışın özünü də bir qədər yaxşı keçirmək olardı, amma ümumilikdə hər şey çox yaxşı alındı. Hər sessiyada maşından maksimumu çıxara bildiyim üçün razıyam. İndi isə artıq Çin Qran Prisinə hazırlaşmaq vaxtıdır.

Bir tərəfdən mən debütantam, digər tərəfdən isə yarış maşınının sükanı arxasında həqiqətən çox aqressiv mübarizə aparıram və yaranan bütün imkanlardan istifadə etməyə çalışıram.

Təcrübəli sürücülərlə mübarizə aparmaq çox maraqlı idi. Onların arasında Lyuis Həmilton da var idi. Uşaqlıqdan onun yarışlarını televizorda izləyərək böyümüşəm. Bu idmanı sevməyimə səbəb olan əsas insanlardan biri məhz odur. Onunla trasda mübarizə aparmaq isə həqiqətən möhtəşəm idi! Bu gün o qədər inanılmaz anlar yaşadım ki, bəzən özümü çimdikləmək istəyirdim”.

Rauf Hacıyev

Şərh əlavə et