Rivera qış fasiləsində zədə alıb və ayın əvvəlində Barselonada baş tutan mövsümöncəsi testləri buraxıb. Həmin testlərdə meksikalının yerinə məhz Hoytsenröder sükan arxasına keçmişdi və indi də ilk mərhələdə onun bolidini idarə edəcək.
Patrik Hoytsenröder bildirib: “Ev Qran Prisində Formula 3-də debüt etmək fürsətinə görə çox sevinirəm. Bunun asan olmayacağını anlayıram, amma səbirsizliklə gözləyirəm. Bu imkana görə ailəmə və mənə kömək edən hər kəsə təşəkkür edirəm”.
Beləliklə, avstraliyalı sürücü mövsümün açılış mərhələsində doğma tribunalar önündə Formula 3-də ilk yarışına çıxacaq.




Şərh əlavə et