2028, 2030 və 2032-ci illərdə yarışlar Barselona-Kataloniya trasında baş tutacaq. Tək illərdə – 2027, 2029 və 2031-ci illərdə isə mərhələni klassik Belçika avtodromu qəbul edəcək.
Bu ildən etibarən İspaniya Qran Prisi Madriddə keçirildiyi üçün Barselonadakı mərhələnin adı Barselona-Kataloniya Qran Prisi olaraq dəyişdiriləcək.
Stefano Domenikali, Formula 1-in Prezidenti və İcraçı Direktoru: “Barselona möhtəşəm şəhərdir və yerli azarkeşlər bizi hər zaman çox səmimi qarşılayıblar. Buna görə də yaxın illərdə də Circuit de Barcelona-Catalunya-da yarış keçirməyə davam edəcəyimizi məmnuniyyətlə bildirirəm.
Tras rəhbərliyi modernizasiya üçün ciddi vəsait yatırır, azarkeşlər üçün əsl avtoidman bayramı təşkil edir və biz əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu layihənin necə inkişaf edəcəyini görmək maraqlıdır, çünki həm ictimaiyyət, həm də şəhər üçün böyük əhəmiyyət daşıyır.
Kataloniya hökumətinin rəhbəri Salvador İlya və trasın icraçı direktoru Pol Jiberti yarışın kataloniya halqasında qalması üçün göstərdikləri ardıcıl səylərə görə təşəkkür etmək istəyirəm”.
Pol Jibert, trasın İcraçı Direktoru: “Formula 1 ilə müqavilənin ən azı 2032-ci ilə qədər uzadılmasını alqışlayırıq. Çempionatın rəhbərliyinə həm Circuit de Barcelona-Catalunya-ya, həm də bütövlükdə regionumuza göstərdikləri etimada görə minnətdarıq.
Müqavilənin uzadılması uzunmüddətli münasibətlərimizin və sıx əməkdaşlığımızın nəticəsidir və bu, Kataloniyanın beynəlxalq tədbirlər təqvimində mövqeyini daha da gücləndirəcək.
Formula 1 ilə əməkdaşlıq hər il 300 milyon avrodan artıq iqtisadi effekt yaradır. Lakin daha vacibi odur ki, Qran Pri bütün Kataloniya üçün strateji əhəmiyyət daşıyır və regionun ən yüksək səviyyəli yarışlara ev sahibliyi edə bildiyini bir daha göstərir”.




Şərh əlavə et