Pirelli yarışda bir pit-stop gözləyir, amma şirkətin Motorsport rəhbəri Mario İzola bəzi sürücülərin iki dəfə dəfə pitə gedə biləcəyini bildirib…
Mario Izola: Maksı poula görə təbrik edirəm.
Sıralanma turunda bir neçə sürücü final sessiyası üçün yeni Soft təkər dəstlərini saxlayıb, halbuki işlənmiş Soft təkərlərin də yaxşı vaxt göstərdiyi müşahidə edilib.
Yarış üçün saxlanılan təkər dəstlərinə baxanda komandaların iki fərqli yanaşma seçdiyi görünür. McLaren — iki yeni Hard dəsti qoruyub saxlayan yeganə komanda olub, digər komandalar — o cümlədən Red Bull — iki yeni Medium dəsti saxlayıb. Bu, əksər komandaların iki pit-stop ehtimalını açıq saxladığını göstərir, McLaren isə daha konservativ yanaşma seçib.
Yarış üçün ən sürətli strategiya bir pit-stop olaraq nəzərdə tutub. Birinci variant startı Medium-la edib, 20–26-cı dövrələr arasında Hard-a keçidi tələb edir. Digər variant isə startı Hard-la edib, 39–45-ci dövrələr arasında Soft-a keçidi nəzərdə tutur.
İki pit-stoplu strategiya isə daha yavaş görünür, xüsusilə də bu trasda ötmələrin çətinliyi nəzərə alınanda… İki pit-stop üçün ən səmərəli variantın ilk iki hissədə Medium və Hard, son hissədə isə Medium tərkibib istifadəsidir. Bu kombinasiyanın final stintində Hard və ya Soft-dan daha sürətli ola biləcəyini düşünürük.
Şənbə günü sürücülərin keçirdiyi qısa seriyalara əsasən təkər aşınmasını tam qiymətləndirmək mümkün olmadı, amma hazırda həddindən artıq aşınma əlaməti müşahidə edilməyib. Trasın ilişməsi yaxşılaşdığı üçün, cümə gününə nisbətən daha yaxşı vəziyyət gözlənilir”.




Şərh əlavə et