Xəbəri Kokpitdə Oxuyun!

İndoneziyada Bezzekki poul qazanıb

Mandalikada keçirilən sıralanma turunun qalibi Marko Bezzekki olub.

Aprilia komandasının sürücüsü Marko Bezzekki Mandalikada keçirilən sıralanma turumda ən yaxın rəqibini 0.398 saniyə qabaqlayaraq, bazar günü əsas yarışa və şənbə günü sprint yarışına pouldan start alma hüququ qazanıb.

MotoGP-də karyerasının ən yaxşı sıralanma nəticəsini göstərən Gresini Ducati-nin gənc sürücüsü Fermin Aldeguer ikinci yeri tutub. Trackhouse Aprilia-dan Raul Fernandes isə üçüncü nəticə ilə ön cərgəni tamamlayıb.

Yamaha sürücüsü Aleks Rins qəza etməsinə baxmayaraq, güclü performansla dördüncü yeri əldə edib. Beşinci yerdə KTM-dən Pedro Akosta, altıncı yerdə isə Honda sürücüsü Luka Marini qərarlaşıb.

Aldequerin komanda yoldaşı Aleks Markes yeddinci olub, Fabio Kuartararo isə səkkizinci yeri tutub. Hər iki pilot sessiya ərzində yıxılıb.

Yeni dünya çempionu Mark Markes birinci sessiyadan ikinci sessiyaya yüksəlsə də, istədiyi tempi tapa bilməyib və sıralamada doqquzuncu olub.

Motegidə ikiqat qələbə qazanan Françesko Banyaya isə Mandalikada böyük məyusluq yaşayıb və 16-cı yerdə qalıb.

13 dövrəlik Mandalika sprint yarışı şənbə günü, Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.

Rauf Hacıyev

Şərh əlavə et