Koreyalı pilot daha əvvəl 2023-cü ildə Formula 3-də yarışıb və altı yarışda iştirak edib. Gələn mövsümdə isə onu tam mövsüm gözləyir. Maykl hazırda Avropa Formula Open seriyasında mübarizə aparır və mövsümün sonuna bir yarış qalmış çempionatda ikinci yerdə qərarlaşıb. Onun aktivində dörd qələbə var. Bundan əlavə, bu il Britaniya Formula 3-də də bir mərhələdə çıxış edib və podiuma yüksəlib.
Maykl Şin: “Hitech TGR-ə qayıtdığım və Formula 3-də ilk tam mövsümümü keçirəcəyim üçün çox şadam. Komanda ilə əməkdaşlıq etmədiyim iki il ərzində həm onlar, həm də mən inkişaf etdik, buna görə də əməkdaşlığın bərpası ideal görünür.
Mövsüm başa çatdıqdan sonra testlərdə işləməyə başlamaq və Melburndakı güclü debüt etməyi səbirsizliklə gözləyirəm”.
Şərh əlavə et