Kokpit.az bildirir ki, bu tədbirdə bizi xüsusi drift şousu gözləyir. Azərbaycanın drift ustaları Elvin Xudaverdiyev, Niyaz Bədiyev, Pərviz Əzizov, Kamil Babayev, Fərid Quliyev drift şouları ilə insanları feyziyab edəcəklər.
Burada sizi drift şoulardan başqa modifikasiya olunmuş və klassik avtomobillərin sərgisi də gözləyəcək.
Tədbir oktyabr ayının 5-də Sea Breeze-in parkinqində baş tutacaq və 16:00-da başlayacaq. Tədbirdə iştirak etmək və bu gözəl şou proqramı izləmək üçün İticket.az saytına daxil olub, bilet almağınız kifayətdir.
Şərh əlavə et