Markes 7-ci MotoGP çempionluğunu qazanıb!

Rauf Hacıyev 28 Sentyabr 2025, 11:00
Markes 7-ci MotoGP çempionluğunu qazanıb!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Yaponiya Qran Prisinin əsas yarışını Françesko Banyaya qazanıb. Mark Markesisə 7-ci dəfə MotoGP üzrə Dünya Çempionu titulunu qazanıb.

Kokpit.az xatırladır ki, Mark Markes Yaponiya yarışına Dünya Çempionluğunu rəsmiləşdirə biləcək vəziyyətdə çıxıb və tamaşaçılar həyəcan dolu mübarizəyə şahidlik ediblər.

Hava şəraitinin dəyişkən olduğu yarışda Michelin bütün sürücülərin həm ön, həm də arxa təkərdə Medium təkər  seçdiyini açıqlayıb. Xorxe Martin isə sprint yarışında ağır qəza etdiyi və körpücük sümüyü sındığı üçün əsas yarışda iştirak edə bilməyib. Ai Oqura isə əlindəki ağrıya görə ev yarışında iştirak etməyib.

Yarışa pouldan başlayan Françesko Banyaya güclü start alıb və yarış ərzində liderliyini qoruyub. İtalyan pilot tempini artıraraq, Pedro Akosta və Mark Markes cütündən 4 saniyə uzaqlaşıb. Bu vaxt Markes ikinci yerə yüksəlib.

15-ci dövrədə Banyayanın motosikletindən tüstü çıxmağa başlayıb və Ducati komandasında gərgin anlar yaşanıb. Lakin texniki problemə baxmayaraq, Banyaya tempini saxlayıb.

Pedro Akosta isə əvvəlcə Xoan Mir, daha sonra Marko Bezzekki tərəfindən keçilərək geriləyib, ardınca çınqıllara düşüb və ilk onluğun xaricində qalıb.

Banyaya damalı bayrağa qədər dözə bilib və mövsümdə ikinci qələbəsini qazanıb. Onun arxasında isə komanda yoldaşı Mark Markes finişə ikinci çataraq, 2025-ci ildə Dünya Çempionluğunu təmin edib. Podiumun son pilləsini isə Xoan Mir tutub.

Mark Markesin titul qazanması üçün qardaşı Aleks Markesdən ən azı 7 xal öndə olması və ya ilk iki yerdə finiş etməsi kifayət edirdi. Aleks Markes yarışa 8-ci yerdən başlayıb və finişdə 6-cı olub.

Beləliklə, Mark Markes 7-ci dəfə MotoGP çempionluğunu, ümumilikdə isə 9-cu dəfə Dünya Çempionu titulunu qazanıb. O, sonuncu dəfə 2019-cu ildə titul əldə etmişdi. 2184 gündən sonra yenidən çempionluq yaşayan ispan pilot, Valentino Rossinin 7 MotoGP çempionluğuna çatıb.

Marko Bezzekki yarışı dördüncü yerdə tamamlayıb. İlk onluqda isə ardıcıllıq belə olub: Franko Morbidelli, Aleks Markes, Raul Fernandes, Fabio Kuartararo, Yoxan Zarko və Fermin Aldeguer.

Bunları da oxuyun

Şərh əlavə et