Xəbəri Kokpitdə Oxuyun!

Banyaya Yaponiyada ilk sprintini qazanıb

Mövsümün 17-ci mərhələsi olan Yaponiya Qran Prisinin Sprint yarışını Ducati Lenovokomandasının sürücüsü Françesko Banyaya qazanıb.

Yarış start verildiyi andan etibarən gərgin mübarizə ilə yadda qalıb. Xorxe Martin ilk döngədə hücuma keçərək, motosikletinin idarəetməsini itirib və komanda yoldaşı Marko Bezzekkiyə çırpılaraq təhlükəli qəza törədib. Hər iki sürücü mübarizəni dayandırıb. Martinin çiynini tutduğu müşahidə olunub və ona cəza verilməsi gözlənilib. Hadisəyə Aleks Rins, Yoxan Zarko və Cek Miller də qarışsalar da, yıxılmadan yarışa davam edə biliblər.

Bu vaxt Mark Markes üçüncü başladığı yarışda Pedro Akosta tərəfindən keçilərək dördüncü yerə düşüb. Ardınca Akosta, Xoan Miri də geridə qoyaraq ikinci yerə yüksəlib.

Ötən gün poul qazanan Banyaya isə tempini qoruyaraq, yarışa dominantlıq edib. İtalyan pilot sprintin ortasında rəqibləri ilə fərqi iki saniyədən çox artırıb. Bu, onun mövsümdəki ən güclü performanslarından biri olub. Keçən il də Yaponiya Qran Prisini qazanan Banyaya, bu dəfə də şənbə gününü lider tamamlayaraq, mövsümdəki ilk sprint qələbəsini əldə edib.

Mark Markes isə mübarizədən əl çəkməyərək 10-cu dövrədə Akostanı keçib və ikinci yeri tutub. Bu nəticə ilə o, hələ çempionluğunu rəsmi elan etməsə də, böyük üstünlük qazanıb. Əgər Markes bazar günüki əsas yarışı ikinci yerdə bitirsə, qardaşı Aleks Markesin nəticəsindən asılı olmayaraq, dünya çempionluğunu rəsmiləşdirəcək.

Pedro Akosta yarışı tamamlayıb. İlk onluqda isə Xoan Mir, Franko Morbidelli, Fabio Kuartararo, Luka Marini, Raul Fernandes, Ai Oqura və Aleks Markes qərarlaşıblar. Aleks Markes 10-cu yeri tutaraq xal zonasından kənarda qalıb.

Beləliklə, Mark Markes əsas yarışdan əvvəl 191 xallıq üstünlüyə yiyələnib və çempionluğa bir addım da yaxınlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et