Kokpit.az bildirir ki, MotoGP hazırkı loqotipi 2000-ci ildən bəri istifadə edir. 2007-ci ildə loqotipə xırda dəyişikliklər edilsə də, ondan sonra hər şey olduğu kimi qalıb.
MotoGP son illərdə yeniliklər etməyə hazırlaşır. İdman 2023-cü ildə Marko Beltrami tərəfindən bəstələnən yeni başlanğıc mahnısına keçmişdi. Yeni loqotiplə bağlı xəbərlər isə ilk dəfə aprek ayında İspaniya mətbuatında çıxmışdı.
Bu xəbər Liberty Media-nın ilin sonunda MotoGP-nin 86 faizini alacağı ilə bağlı xəbərlərin ərəfəsində çıxmışdı. Ancaq bu eyni loqotip satınalmadan əvvəl təqdim ediləcək.
Dorna Sports bildirib yeni loqotiö noyabrın 17-də Valensiyada təqdim ediləcək. Dorna müstəqil dizayn studiyası olan Pentagram ilə tərəfdaşlıq edir.
Mətbuat konfransında belə açıqlama verilib: “Dünyanın ən böyük müstəqil dizayn studiyası Pentagram ilə işlədikdən sonra dünyanın ən həyəcanlı idmanı yeni marka şəxsiyyətini ortaya çıxarmağa hazırdır”.


Şərh əlavə et