Kokpit.az xatırladır ki, Yaponiya Qran Prisində poulu Tech 3 GasGas komandasından Pedro Akosta alsa da, həm sprint, həm də əsas yarışda qalib gələn Françesko Banyaya olub.
Lakin italyan sürücü düşünür ki, bazar günü Motegi-də ilk dördlükdə olan sürücülər mövsümün sonuna qədər qələbə uğrunda mübarizə aparacaqlar. Bu sürücülər Françesko Banyaya, Xorxe Martin, Enea Bastyanini və Mark Markesdir.
Françesko Banyaya: “İlk dörd ilə beşinci yer arasındakı fərqə baxsanız, bunun inanılmaz olduğunu görəcəksiniz. İlk dörd sürücünün inanılmaz tempi var idi və məncə, Valensiyaya qədər də elə olacaq. Yaponiyada həftəsonu yaxşı başladı və bunu növbəti həftəsonları üçün bir model kimi istifadə etməliyik.
Bu həftəsonu etdiklərimizi izləməli, mükəmməl formada işləməli və yarışda mümkün olan ən yaxşı işi görməyə çalışmalıyıq. Çempionluğu qorumaq istəyirəm. Risk almadan hər yarış xal qazanmalıyam. İnanmalı və təslim olmamalıyıq”.
Şərh əlavə et