Xəbəri Kokpitdə Oxuyun!

Yaponiyada yağışda Banyaya lider olub

Ducati komandasının sürücüsü Françesko Banyaya Yaponiya Qran Prisinin birinci sərbəst yürüşlərində zirvədə olub. 

Kokpit.az bildirir ki, italyan sürücü yağışlı havada keçən sessiyada çempionatdakı əsas rəqibi Xorxe Martini qabaqlaya bilib və zirvədə yer alıb. Üçüncü yeri Fabio Di Canantonio, dördüncü yeri səkkizqat Dünya Çempionu Mark Markes tutublar. 

Sessiyanın 13-cü dəqiqəsində yağış yağmağa başlayanda Françesko Banyaya 1.46.209 zaman nəticəsi göstərərək, liderliyi ələ keçirib. Bu anda bütün peletin pitə gəlib. Sessiyanın bitməsin 10 dəqiqə qalmış isə sürücülər yenidən trasa çıxıblar. Bu zaman tras quru görünürdü, ancaq bir neçə dəqiqədən sonra yenidən yağış yağmağa başlayıb və beləliklə, dövrəvi nəticələr inkişaf etməyib. Bununla da Françesko Banyaya Xorxe Martini 0.109 saniyə qabaqlayaraq birinci sərbəst yürüşlərdə zirvədə yer alıb. Onları di Canantonio və Markes izləyib.

KTM komandasından Cek Miller beşinci, Marko Bezzekki altıncı olublar.  Honda isə doğma vətənində gözlənilmədən 7-ci olub. Komandanın Dünya Çempionu sürücüsü Xoan Mir yaponiyalı istehsalçını yeddinci yerə yüksəldib. Lakin bu dövrəsini Soft ön təkərlə vurub.

Yohan Zarko, Maverik Vinyales və Enea Bastyanini onluğu tamamlayan sürücülər olublar. Bu həftəsonu Trackhouse Racing komandasında Migel Oliveyranı əvəzləyən Lorenso Savadori isə 22-ci yeri tutub.

Yamaha-nın xüsusi dəvətilə yarışa qatılan Remi Qardner isə 23-cü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et