Yarışa çempionatın lideri Xorxe Martin pouldan başlayıb. İkinci yerdə Marko Bezzekki, üçüncü yerdən Pedro Akosta, dördüncü yerdən Françesko Banyaya, beşinci yerdən Enea Bastyanini başlayacaq. Onları Fabio Kuartararo, Yohan Zarko, Fabio di Canantonio, Franko Morbidelli və Maverik Vinyales onluğu tamamlayan sürücülərdir.
Dünənki sprint yarışında Xorxe Martin qəza edərək yarışı 10-cu yerdə bitirib, Françesko Banyaya isə fürsəti əldən verməyərək yarışı qazanıb və çempionatın lideri Martinlə fərqi 12 xala endirib.
Amma bugünkü yarışda Xorxe Martin səhv etməyib və bütün yarışı lider apararaq, çox vacib qələbə qazanıb. İspaniyalı sürücü yarışın ortalarında gənc Pedro Akostanın təzyiqinə məruz qalsa da, birinciliyi əldən verməyib.
Ducati komandasının sürücüsü Enea Bastyanini isə Pedro Akostaya çatırdı, amma yarışın bitməsinə 7 dövrə qalmış 1-ci döngədə yıxılaraq mübarizəni dayandırıb.
Enea Bastyanini, Marko Bezzekko və son iki ilin Dünya Çempionu Françesko Banyaya uzun müddət Pramac komandasının digər sürücüsü Franko Morbidelli gerisində qalıblar.
Banyaya yarışın bitməsinə 5 dövrə qalmış Morbidellini keçib və üçüncü yeri tutub. Beləliklə, bu mövsüm növbəti podiumunu qazanıb.
Mark Markes isə texniki problemə görə mübarizəni dayandırmalı olub. Onun motosikleti yanıb və marşallar tərəfindən söndürülüb.
Aprilia komandasından Maverik Vinyales altıncı, Yamaha-nın Dünya Çempionu sürücüsü Fabio Kuartararo yeddinci yeri tutub. Honda ilə 10-cu olan Yohan Zarko isə günün sürprizlərindən birini edib.
Yarışı ikinci yerdə bitirən Pedro Akosta təkər təzyiqinə görə stüardlar tərəfindən araşdırılır. Qərar yarışdan sonra açıqlanacaq.
Şərh əlavə et