Xəbəri Kokpitdə Oxuyun!

F.Banyaya: Artıq səhvlər çempionatı gedir

İndoneziyada sprint yarışını qazanan Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, builki çempionat artıq səhvlər çempionatına dönüb. 

Kokpit.az xatırladır ki, yarışın birinci dövrəsində pouldan start almış Xorxe Martin yıxılıb və bu da italyan sürücü üçün göydəndüşmə olub. Beləliklə Françesko Banyaya İndoneziyadakı sprint yarışını ikinci yerdəki Enea Bastyaniniyə 0.107 saniyə fərq ataraq qazanıb. 

Sprint yarışından sonra danışan Françesko Banyaya bildirib ki, sürücülərin bu qədər çox səhv etmələrinin səbəbi Michelin təkərləridir: “Bu mövsüm əsl səhvlər çempionatı izləyirik. Bunun səbəbinin təkərlər olduğunu düşünürəm.

Arxa tərəf çox yuxarıda olduğu üçün çox sərt əyləcə basırıq. Buna görə də ön tərəfdə çox problem yaşayırıq, çünki döngələrə çox sürətlə giririk. Amma Michelin bu mövsüm performansını çox inkişaf etdirib. Bütün traslarda sürətimiz artıb, amma bu limitdə olarkən qəza etmək daha asandır. Buna görə də çempionata fokuslanmağa davam etməliyik.

Sprint yarışına qədər bizim üçün ən yaxşı həftəsonu deyildi, ancaq hər sessiyada inkişaf edə bildik”.

Rauf Hacıyev

Şərh əlavə et