Kokpit.az bildirir ki, italyan sürücü Mandalikadakı açılış sessiyasında Aprilia sürücüsü Maverik Vinyalesi 0.221 saniyə qabaqlayıb. Onun komanda yoldaşı və çempionatın lideri Xorxe Martin isə üçüncü yeri tutub.
Xorxe Martin keçən həftə Emiliya Romanya yarışında yıxılaraq mübarizəni dayandıran Françesko Banyayadan 24 xal öndə liderdir və İndoneziya Qran Prisində də bu üstünlüyünü qorumaq istəyir.
Françesko Banyaya səhər sessiyasında 14-cü yeri tutub, amma tras tozlu və sürüşkən olduğu üçün nəticələrin həftəsonu ərzində yaxşılaşması gözlənilir.
Trackhouse komandasının sürücüsü Migel Oliveyra isə dördüncü döngədə yaşadığı qəzadan sonra tibbi mərkəzə aparılıb və sonra sükan arxasına qayıtmayıb.
Bundan başqa xəstələndiyi üçün Emiliya Romanya Qran Prisində çıxış etməyən Aleks Rins bu sessiya ilə yenidən iş başına qayıdıb.
Şərh əlavə et