Rəsmi: Miller Pramac Yamaha-da yarışacaq

Rauf Hacıyev 20 Sentyabr 2024, 13:10
Rəsmi: Miller Pramac Yamaha-da yarışacaq
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu il KTM-də çıxış edən Cek Miller növbəti mövsümdən etibarən Pramac Yamaha komandasının şərəfini qoruyacaq və Migel Oliveyra ilə komanda yoldaşı olacaq. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü KTM komandasına 2023-cü ildə transfer olunmuşdu. Lakin Avstriya komandası 29 yaşındakı sürücü ilə müqavilə uzatmaq istəməmiş və onun MotoGP  karyerası təhlükə ilə üz-üzə qalmışdı. Ancaq Cek özünə komanda tapıb və növbəti mövsümdən etibarən Pramac Yamaha ilə yarışacaq. Beləliklə gələn ilin peletonu tamamilə məlum olub. 

Yamaha komandasının rəhbəri Lin Carvis bu keçidin rəsmi təsdiqindən sonra bunları deyib: “Cekin Prima Pramac Racing-in heyətinə qatılmasını sizə xəbər verdiyimiz üçün sevincliyik. Ona Yamaha MotoGP qrupuna xoş gəldin deyirik.

Cek MotoGP kateqoriyasında üç fərqli istehsalçı ilə 10 il yarışıb və o, Yamaha üçün çox dəyərli sürücü olacaq. Onun sürəti, savadı, iş əxlaqı və komanda ruhu 2025-ci ildə və sonrasında M1-in planlaşdırılan inkişafı çox dəyərli olacaq. Yamaha ona əlindən gəldiyi qədər dəstək verəcək”.

Bunları da oxuyun

Şərh əlavə et