Xəbəri Kokpitdə Oxuyun!

M.Vebber: Piastri gücünü göstərdi

Sabiq Formula 1 sürücüsü Mark Vebber bildirib ki, Montsada Oskar Piastrinin Norrisə hücumu çox yerində olub.

Kokpit.az xatırladır ki, Lando Norris İtaliya Qran Prisinə pouldan, Oskar Piastri isə ikinci yerdən başlamışdı. Lakin avstraliyalı sürücü birinci dövrə bitməmiş Norrisə cəsarətli hücum etmişvə komanda yoldaşını geridə qoyaraq liderliyə yüksəlmişdi.

Bundan sonra əksəriyyət Oskar Piastrini təqnqid edib və bildiriblər ki, o, Norrisin çempionluq şanslarına zərər verib. Çünki əksəriyyət Lando Norrisin Maks Ferstappenə qarşı çempionluq mübarizəsində qalması üçün komandanın britaniyalı sürücüyə üstünlük verəcəyini gözləyirdi.

Norris gözlənilməz bu həmlədən sonra Şarl Leklerin də gerisinə düşüb və yekunda yarışı üçüncü yerdə bitirib.

Oskar Piastri bu hücumuna görə tənqid olunsa da, 2020-ci ildən bəri onun menecerliyini edən sabiq Formula 1 pilot Mark Vebber bu hərəkət barədə sərt, amma ədalətli həmlə deyib: “Rəqibinə hörmət edərək sərt və təmiz ötmə reallaşdırdı. Montsada dördüncü döngədə bunu gördük. O, əylənmə zonasında mükəmməl iş görərək ötmə etdi və bu, onun üçün böyük uğur idi”.

Bu ötmə bolidi idarəetmə cəhətdən çox effektiv olub, çünki əksər hallarda Roggia şikanında sürücülər soyuq təkərlərlə ötmə etmək istərkən spin atıblar, amma Piastrinin bu hücumu çox qüsursuz olub. Bu da gənc avstraliyalının həssas sürüş tərzinin göstəricisi idi. Bu həmlə göstərdi ki, Piastri gələcəkdə ən böyük ulduzlardan biri olacaq.

Mark Vebber: “Həmişə Lyuis Həmiltonun kartinqdə sərt və ədalətli sürdüyünü deyirdilər. Oskarı Lyuisin kateqoriyasına qoymuram. Əvvəlcə buna layiq olmalıdır. Lyuisin 100-dən çox yarış qələbəsi var. Oskar isə hələ yolun başındadır.

Amma gənclər arasında… Yarış tərzi və zədə fakturası çox aşağıdır. Məncə, aşağı seriyaıarda da yarışanda rəqibləri ona hörmət edirdilər. Piastri də hörmət görür. O, son trasda özünü ən yaxşı tərəfdən göstərmək istəyir və son beş ildə bunu çox yaxşı formada edib”.

Oskar Piastri 2021-ci ildə Formula 2-də Dünya Çempionu olduqdan sonra Alpine komandasının ehtiyat pilotu olmuş və 2022-ci ili yarışmadan keçirdmişdi. Mark Vebber bildirib ki, bir il fasilə verməsinə görə indiki performansı daha təsiredicidir: “Formula 1-ə 15 aylıq fasilədən sonra gəldi. Bu da çətin idi.

Bütün peşələrdə mütləq işinizlə məşğul olmalısınız. İstər cərrah olun, istər yarış pilotu. İşinizi icra etməlisiniz. Oskarda boşluq oldu. Buna görə də keçən il onun Formula 1-ə gəlməsi böyük addım idi. Onun istedadını aşağı seriyalarda görsək də, Formula 1-də də özündən böyük və təcrübəli adamlarla ən önlərdə yarışmağa hazır olduğunu göstərdi. Bu da onun üçün yaxşı haldır”.

Piastrinin bu performansı McLaren-i bir az çətin vəziyyətdə qoyub, çünki britaniyalılar Maks Ferstappenlə çempionluq uğrunda mübarizə aparan Lando Norrisi birinci pilot etmək istəyirdilər.

Lando Norris hazırda Maks Ferstappendən 62 xal, Oskar Piastri isə 106 xal geridə qalır. Mühəndislər Kubokunda isə McLaren Red Bull-a 8 xal uduzur.

Mark Vebber McLaren-in inkişafını tərifləsə də, komandanın sürətli maşına baxmayaraq qələbə qazana bilməməsinə görə çempionluğu əldə etmənin çətin olacağını düşünür: “Məncə, hamımız McLaren-in yüksəlişinin mükəmməl olduğunu düşünürük. Son 18 ayda əla işlər gördülər. Zek Braun və Andrea Stella əla işlər görürlər. Bu təsadüf deyil.

Komanda qələbə üçün mübarizəyə hazır olsa da, bu elə də asan deyil. Gənc sürücülər elə bilirlər ki, güclü maşınla qələbə asandır, ancaq elə deyil. Hələ də çox çətindir.

Oskarm 38 yarış keçirib, Lando isə 6 ildir oradadır, amma aralarında 1 qələbə fərqi var. Buna nəzarət etmək çətindir”.

Rauf Hacıyev

Şərh əlavə et