Misanoda sprint yarışı günəşli havada başlayıb.
Yarışa Françesko Banyaya pouldan başlayıb. Franko Morbidelli ikinci, Marko Bezzekki isə üçüncü yerdən start alıblar. Çempionatın lideri Xorxe Martin dördüncü, keçən yarış hegemonluqla qalib gələn Mark Markes isə 9-cu yerdən yarışa start veriblər.
Yarışdan əvvəl Xorxe Martin çempionata başçılıq edib. O ən yaxın rəqibi Françesko Banyayadan 23 xal öndədir
Sürücülər sprint yarışı üçün …. təkərləri seçiblər.
Start: Yarışın startında Xorxe Martin mükəmməl tərpənərək, liderliyə yüksəlib. Françesko Banyaya ikinci yerə geriləyib. Enea Bastyanini 8-ci yerdən 5-ci yerə, Bred Binder də yaxşı startla 6-cı yerdən 4-cü yerə yüksəlib.
VR46 komandasından Fabio Di Canantonio yarışın 3-cü dövrəsində qəza edərək, sonuncu yerə düşüb. Elə bu dövrəsə Mark Markes rəqibi Marko Bezzekkini geridə qoyaraq 8-ciliyə yüksəlib.
Yarışın 4-cü sövrəsində Xorxe Martinə tras limitləri xəbərdarlığı gəlib. Bu arada Banyaya liderlik uğrunda mübarizədə Martinlə fərqi 0.1 saniyəyə endirib.
Yarışın beşinci dövrəsində yarışa ilk cərgədən başlamış Marko Bezzekki yıxılıb və birinci sektorda sarı bayraqların çıxmasına səbəb olub. Beləliklə iki VR46 sürücüsü də Misanodakı sprint yarışında qəza ediblər.
Bu anda GasGas komandasından Pedro Akosta KTM sürücüsü Bred Binderi geridə qoyub və 5-ci yerə yüksəlib.
Yarışın bitməsinə 3 dövrə qalmış vəziyyət belə olub: Martin, Banyaya, Morbidelli, Bastyanini, Akosta, Markes, Binder, Miller, Kuartararo, Aleks Markes
Yarışın son dövrəsində Enea Bastyanini üçüncü yer uğrunda mübarizədə Morbidellini keçsə də, apeksə düşə bilməyib və Morbidelli podium mövqeyini qoruya bilib. Digər tərəfdə isə Mark Markes son dövrədə Pedro Akostanı geridə qoyaraq beşinciliyə yüksəlib.
Beləliklə, San Marinodakı sprint yarışını Xorxe Martin qazanıb. İkinci yeri Françesko Banyaya, üçüncü yeri Franko Morbidelli tutub.
Enea Bastyanini finiş xəttini 4-cü, Mark Markes 5-ci, Pedro Akosta 6-cı, Bred Binder 7-ci, Cek Miller 8-ci, Fabio Kuartararo 9-cu olub.
Şərh əlavə et