Banyaya vətənində zirvəyə qayıdıb

Rauf Hacıyev 06 Sentyabr 2024, 19:26
Banyaya vətənində zirvəyə qayıdıb
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə San Marino Qran Prisində cümə günü ikinci sərbəst yürüşlərdən sonra başa çatıb. Françesko Banyaya vətənində günü birinci yerdə bağlayıb. Onu əfsaməvi Mark Markes izləyib.

Kokpit.az bildirir ki, son iki ilin Dünya Çempionu Françesko Banyaya San Marinodakı cümə əsas sərbəst yürüşlərində zirvəyə qayıdıb. Hazırda çempionatda Xorxe Martindən 23 xal geridə qalan italyan sürücü Araqondakı qəzadan sonra öz vətəninə boyun və çiyin ağrıları ilə gəlmişdi. O, səhərki sərbəst yürüşlərdə 8-ci yeri tutduqdan sonra ikinci sərbəst yürüşlərdə zirvəyə yüksəlib.

Keçən həftə Araqonda möhtəşəm performansla builki ilk qələbəsini qazanan Mark Markes isə ikinci yeri tutub. Misanonun son qalibi Xorxe Martin isə üçüncü olub. İlk beşliyi Franko Morbidelli və Enea Bastyanini bağlayıblar. KTM komandasından Pedro Akosta isə 5 Ducati-dən sonra 6-cı yerdə qərarlaşıb.

Aleş Espararo günü qəza ilə bağlayıb və onluğa düşə bilməyib. Digər tərəfdən Bred Binder də sabahkı sıralanma turuna birinci sessiyadan başlayacaq. 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo isə doqquzuncu yeri tutub və sabahkı sıralanma turuna ikinci sessiyadan başlayacaq.

Mədəsi ilə bağlı problem yaşayan Xoan Mir isə sərbəst yürüşlərdə iştirak etməyib.

Bunları da oxuyun

Şərh əlavə et