Xəbəri Kokpitdə Oxuyun!

Banyaya Avstriyada dubl edib

Ducati komandasının sürücüsü Françesko Banyaya Avstriya yarışını qazanıb və liderliyini möhkəmləndirib. 

Kokpit.az xatırladır ki, Avstriyadakı sprint yarışında dünən Françesko Banyaya qalib gəlmişdi. İtalyan sürücü bu gün də əsas yarışı qazanaraq, qələbə dublu edib və turnir cədvəlində vahid lider olub.

Əslində yarışa Xorxe Martin pouldan başlamışdı və startda liderliyini qorumuşdu. Lakin ilk dövrələrdə Banyaya gözəl hücumla çempionatdakı əsas rəqibini keçib və bundan sonra asanlıqla yarışı qazanıb.

Üçüncü yeri isə Ducati komandasının digər sürücüsü Enea Bastyanini tutub. Beləliklə, podium Ducati GP24 sürən üç sürücü çıcıb. Mark Markes startda səhv edib geriyə düşməsinə baxmayaraq, geridönüş edə bilib və yarışı dördüncü yerdə bitirib. O, beləliklə bu yarışda zərəri minimuma endirib. Beşinci yeri KTM-dən Bred Binder, altıncı yeri VR46-dan Marko Bezzekki, yeddinci  yeri isə Aprilia-dan Maverik Vinyales tutub. Onluğu Franko Morbidelli, Aleş Esparqaro və Aleks Markes bağlayıblar.

Xüsusi dəvətlə yarışan Pol Esparqaro isə finişə 11-ci yerdə çatıb.

Rauf Hacıyev

Şərh əlavə et