Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Burada qazanmaq gözəldir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Çin Qran Prisində yaxşı performans göstərib və asfaltla ilişmədən razı qalıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı yarışda asanlıqla qalib gəlib. Niderlandlı sürücü təhlükəsizlik maşını periyodlarına yaxşı nəzarət edib.

Maks Ferstappen: “Yarışda özümü yaxşı hiss edirdim. Yəni həftəsonu ərzində çox sürətli idik. Hər təkər tərkibondə sürməkdən həzz aldım. Restartda vəziyyətə yaxşı nəzarət etdik və bolidin asfaltla ilişməsi yaxşı idi. Boliddə nə istəsəm, edə bilirdim. Belə həftəsonları həmişə əladır. Bu həftəsonu qazandığımız uğuru əldə etmək gözəldir”.

Maks Ferstappen yarışın sonlarında bir az narahat idi. Üçqat Dünya Çempionu bu barədə belə danışıb: “Keçmişdə yarışın sonlarında mübarizəni dayandırdığım olub. Deyəsən trasda qırıntılar var idi və onların üstündən yüksək sürətlə keçdim. Təkərlər soyuyanda ya da yeyiləndə daha tez partlayırlar. Buna görə də vəziyyətə nəzarət etmək istədim

Növbədə Mayami yarışı var. Bizim üçün yaxşı yarış olmalıdır. Strategiya cəhətdən daha bəsit yarış olacaq, amma o tras çox çətin trasdır. Buna görə həyəcanlıyam. Orada həmişə həftəsonu dəlisov keçir. Buna görə də gərgin yarış olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et