Kokpit.az xatırladır ki, bununla da, avstraliyalı sürücü mövsümün ikinci yarışında da starta çıxa bilməyib.
Oskar Piastri: “Mən hələ dəqiq bilmirəm nə baş verib, amma bu da güc qurğusu ilə bağlıdır və problem komanda yoldaşımın maşınındakı kimi deyil, başqa xarakter daşıyır. Əlbəttə, bizə yalnız məyus olmaq qalır.
Çoxdan idi ki, ardıcıl iki Formula 1 yarışını kənardan izləmək imkanım olmamışdı! Ancaq komanda üçün bu çox ağır gündür. Təəssüf ki, start düzümünə çıxandan sonra güc qurğusunun elektrik sistemində problem yarandı və biz hələ də bununla məşğul oluruq.
Yarışlarda bəzən belə şeylər olur, baxmayaraq ki, belə problemlərdən həmişə qaçmaq istəyirsən. Daha da məyusedici olan odur ki, biz yenə də yarış məsafəsini qət etmək imkanını itirdik. Halbuki trasda keçirilən vaxt çox vacibdir. Bununla yeni nəsil maşınların potensialını tam açmağı öyrənək.
Bu həftəsonu gördüyü bütün işlərə görə komandaya təşəkkür edirəm. İndi isə dözümlü olmalı və diqqətimizi Yaponiya Qran Prisinə hazırlığa yönəltməliyik”.




Şərh əlavə et