Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Problemi müəyyənləşdirəcəyik

McLaren komandasının sürücüsü Lando Norris Çin  yarışında start ala bilməyib. Belə ki, startdan az əvvəl onun maşınında güc qurğusu ilə bağlı problem yaranıb.

Britaniyalı sürücü bildirib ki, Formula 1 karyerası ərzində ilk dəfə belə vəziyyətlə üzləşib.

Lando Norris: “Çox məyusam. Problem güc qurğusu ilə bağlıdır və komanda onu həll etmək üçün mümkün olan hər şeyi etdi, amma problemi aradan qaldırmaq mümkün olmadı.

Açığı, bu məni çox məyus edir, çünki karyeramda ilk dəfədir ki, Qran Pridə start ala bilmirəm və bunu qəbul etmək çətindir. Amma bəzən belə şeylər baş verir. Problemin dəqiq nə vaxt ortaya çıxdığını bilmirəm, amma yarışdan təxminən bir saat əvvəl – isinib starta hazırlaşanda bundan xəbər tutdum.

Problemin səbəbi barədə də hələ dəqiq məlumatım yoxdur. Sadəcə bilirəm ki, nasazlığı aradan qaldırmaq mümkün olmadı və komanda indi baş verənləri araşdırmağa davam edəcək. Problemin nədən qaynaqlandığını müəyyənləşdirmək və gələcəkdə bunun təkrarlanmaması üçün həll yolu tapmaq lazımdır”.

Rauf Hacıyev

Şərh əlavə et