Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Şanxaydakı yarışı 33-cü dövrədə dayandırıb. Güc qurğusundakı güclü vibrasiya səbəbindən onun əlləri keyiməyə başlayıb.
Fernando Alonso: “Startdan yenə zövq almışdım – görünür, bu bizim maşının güclü tərəfidir və mən onuncu yerə qədər yüksəlmişdim. Amma təxminən 20-ci dövrədən sonra güclü vibrasiya səbəbindən problemlər başladı: əllərimi və ayaqlarımı çətin hiss edirdim. Üstəlik artıq bir dövrə geri qalırdım və sonuncu gedirdim, buna görə də maşını yarışdan çıxarmağa qərar verdik.
Bu gün vibrasiya həftəsonunun digər günləri ilə müqayisədə daha güclü oldu. Bunun niyə baş verdiyini anlamaq lazımdır. Aydındır ki, hər şeyi düzəltmək üçün bizə daha çox vaxt lazım olacaq, amma iki həftədən sonra Yaponiya Qran Prisində yenidən mübarizəyə qayıdacağıq”.




Şərh əlavə et