Kokpit.az xatırladır ki, kanadalı sürücü Çin yarışında doqquz dövrə vurub.
Ləns Stroll: “Birinci döngəyə girişdə maşın söndü. Səbəbi tapmaq lazımdır, amma biz problemin akkumulyatorla bağlı olduğunu ehtimal edirik.
Bu həftəsonu daha çox dövrə qət etmişdik, daha çox məlumat toplamışdıq və maşınla güc qurğusu haqqında daha çox şey öyrənmişdik. Çindən sonra qalan müsbət məqam da budur. Qarşıda bütün sahələrdə çox iş var. Komanda indi çətin dövr yaşayır, ancaq biz birlikdə işləyirik və reallaşdırmalı olduğumuz böyük potensialımız var”.




Şərh əlavə et