Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Problem çoxdur

Red Bull komandasının sürücüsü Maks Ferstappen Çin yarışını güc qurğusunun soyutma problemi səbəbindən başa vura bilməyib.

Kokpit.az xatırladır ki, dördqat dünya çempionu üçün bu, mövsümdə texniki səbəbdən ilk yarışı dayandırma halıdır. Sonuncu belə hadisə 2022-ci ilin Avstraliya yarışında olmuşdu.

Maks Ferstappen: “ERS-in soyutma sistemi ilə problem yarandı. Buna görə yarışı dayandırmalı oldum. Bu həftəsonu xüsusilə uğursuz alındı və start daha yaxşı tərpənsəydun, bu mənə kömək edərdi, amma hər dəfə geriyə düşdüm.

Digər böyük problem təkərlərin deqradasiyası oldu. Yəqin ki, bizim maşında təkərlər rəqiblərlə müqayisədə daha çox dənləndi. Deməli, bu da araşdırmalı olduğumuz başqa bir problemdir.

Bütün pelotona baxanda görünür ki, problemlər təkcə bizdə deyil. Bəziləri ümumiyyətlə start ala bilmir. Maşınlar çox, çox mürəkkəbdir, ancaq mən komandamı tanıyıram. Əlimizdən gələn hər şeyi edəcəyik. Bilirsiniz, biz tam gücümüzlə işləyirik, amma olmaq istədiyimiz mövqelərdə deyilik. Buna görə də bir az məyusedicidir

Problemlər gözlədiyimizdən çoxdur. Maşının balansından danışsaq, o da istədiyimiz kimi deyil. Yaponiya Qran Prisindən sonra uzun fasilə olacaq və bu müddətdə çox şeyin üzərində işləməliyik. Ümid edirəm ki, bir neçə yaxşı addım iata biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et