Xəbəri Kokpitdə Oxuyun!

Xorxe Martin ilk sprint yarışını qazanıb

Pramac komandasının sürücüsü Xorx Martin mövsümün ilk sprint yarışında qalib gəlib. 

Kokpit.az xatırladır ki, Martin sprint yarışına pouldan başlamışdı. O, yarış ərzində bu üstünlüyünü qoruyub və KTM komandasının sürücüsü Bred Binderin önündə yarışı birinci bitirib. 

Aleş Esparqaro isə son dövrədə ikiqat Dünya Çempionu Françesko Banyayanı keçərək, 3-cü olub və mövsümdə ilk podiumunu qazanıb. Səkkizqat dünya Çempionu Mark Markes isə səhv etməsinə baxmayaraq, Gresini ducati-dəki ilk yarışında beşinci olub.
Xorxe Martin yarışa yaxşı start verib və ilk döngəyə Bred Binderin önündə girib. Mark Markes isə ilk dövrələrdə Fabio Di Canantonio ilə mübarizə aparıb. Lakin italiyalı sürücüsü 10-cu döngədə qəza edərək, mübarizəni dayandırıb.
Martin və binder isə arxadakı rəqiblərindən tezliklə uzaqlaşıblar. Bred ikinci dövrədə rəqibinə yaxınlaşıb. Bredin Martinə ən yaxın olduğu yeganə an olub. İspaniyalı sürücü qısa müddətdən sonra fərqi yarım saniyəyə qaldırıb və finişə qədər qədər bu üstünlüyünü qoruyub. Binder finişə 0.548 saniyə fərqlə ikinci çatıb.
Aleş Esparqaro üçüncü olub. Françesko Banyaya isə dördüncü yeri tutub və onun sprint yarışlarındakı zəif performansı belə görünür ki, bu il də davam edəcək. Son iki ilin Dünya Çempionunu 3 Ducati – Mark Markes, Enea Bastyanini və Aleks Markes izləyib.
Bu il Tech3 GasGas komandası ilə debüt edən Pedro Akosta isə yekunda 8-ci yeri tutub və karyerasının ilk yarışından xalla ayrılıb. Maverik Vinyales isə Aprilia ilə 9-cu olaraq, günün son xallarını əldə edib.

 

Rauf Hacıyev

Şərh əlavə et