Kokpit.az bildirir ki, KTM yeni motosikletini Sepanqdakı qış testlərində sınaqdan keçirmiçdi, amma rəng çaları üçün bir az da gözləməyi seçib.
Red Bull yenə də KTM-in əsas sponsorudur və RC16 bu il də ənənəvi narıncı-göy rəng çalarını qoruyacaq. Komandanın sürücüləri dəyişməz olaraq qalıb. Yeni mövsümdə də Bred Binder və Cek Miller KTM-in şərəfini qoruyacaqlar.
Bred Binder MotoGP karyerası ərzində ancaq KTM-də yarışıb. O, keçən il 2 sprint qələbəsi və 5 podium qazanaraq mövsümü 4-cü yerdə bitirib. Cek Miller isə İspaniyada qazandığı podiumla mövsümü 11-ci yerdə başa vurmuşdu.
İki sürücü bu performansla KTM-i istehsalçılar çempionatında ikinci yerə çıxarmışdılar. İndi isə hədəf 2024-cü ildə bir addım da atmaq və zirvəyə yerləşməkdir.
KTM-in idarə heyətinin rəhbəri Hubert Trunkenpolz: “Keçən il istehsalçılar çempionatında ikinci olmaq gözəl idi, amma rəqiblərimizlə fərqi bağlamaq daha önəmlidir. Motosiketdən əlavə komandanın quruluşunda da təkmilləşmişik. Komandaya yeni işçilər cəlb etdik və komanda çox yaxşı birləşdi.
MotoGP-yə ilkgünkü qədər bağlıyıq. Çempionluq əldə edənə qədər təslim olmayacağıq, çünki bunu qazanmaq istəyirik”.
Şərh əlavə et