Xəbəri Kokpitdə Oxuyun!

Tech3 2024-cü il motosikletini təqdim edib

KTM dəstəkli Tech3 GasGas MotoGP komandası 2024-cü ildə yarışacağı rəng çalarını nümayiş etdirib. Bundan başqa Pedro Akosta da MotoGP-də debüt etməyə hazırlaşır.

Kokpit.az bildirir ki, Tech3 komandası bu il KTM ilə 6-cı mövsümünə hazırlanır. Tech3 keçən il GasGas ilə tərəfdaşlığa başlayıb.

Keçən il Tech3 komandası üçün çətin keçmişdi, çünko Pol Esparqaro ciddi zədə almış və Avqusto Fernanses isə stabil formada sürə bilməmişdi. Komandanın ən yaxşı nəticəsi Avqusto Fernandesin Fransadakı dördüncülüyü idi. Ümumilikdə isə Tech3 3 ildir ki, podium görə bilmir.

Heyətə gəldikdə isə Fernandes daha bir il yarışacaq. Pol Esparqaronu isə Moto2 üzrə Dünya Çempionu Pedro Akosta əvəz edəcək.

Gənc Akosta gələcəyin çempion namizədlərinndəndir. Artıq onun komandaya gəlməsi ilə gözləntilər də artıb.

GasGas komandası yeni motosikletini təqdim edib. Motosiklet demək olar ki, keçənilki ilə eyni rəngdədir. Həm Red Bull, həm də Motul-un sponsorluqları diqqətdən qaçmır. Motosikletin üzərində böyük GasGas yazısı var. Buna görə də yeni rəng çalarının keçənilkinə nisbətdə dəyişdiyini demək mümkündür.

Rauf Hacıyev

Şərh əlavə et