Xəbəri Kokpitdə Oxuyun!

Ducati 2024-cü ilin motosikletini təqdim edib

MotoGP üzrə sonuncu Dünya Çempionu Ducati 2024-cü il motosikletini təqdim edib.

Kokpit.az xatırladır ki, Ducati 2023-cü kçdə 20 yarışdan 17-də qalib gəlmişdi.

Françesko Banyaya 2022-ci ildə çempion olduqdan sonra 2023-cü ildə də titulunu qoruya bilmişdi.

Ducati komandası İtaliyada yeni motosikletini təqdim edib və keçənilkinə bənzər rəng çaları ilə yarışacaq. Bu il sürücü nömrələri qırmızı rəngdə yazılacaq. Komandanın sürücü heyəti isə Françesko Banyaya və Enea Bastyaninidən ibarət olacaq.

 

Enea Bastyanini keçən il Ducati ilə ilk mövsümünü keçirmiş və zədələrlə mübarizə aparmışdı. Buna görə də onun komandadan göndəriləcəyi və yerinə Pramac Ducati-dən Xorxe Martinin gətiriləcəyi iddia edilirdi. Lakin Enea özünə gələrək, Malaziya Qran Prisində qalib gəlmiş və komandasının uğuruna qatqısı olmuşdu.

Ducati qışda bəzi dəyişikliklər etdi. Sabiq idman direktoru Paolo Çabatti Ducati-nin Off Road proqramının rəhbəri olub. İdman direktoru vəzifəsinə isə daha əvvəl idman, marketinq və komunikasiya direktoru olmuş Mauro Grassilli keçib.

Ducati komandası 2024-cü il motosikletini təqdim edən ikinci komanda olub. Daha əvvəl Gresini Racing komandası yeni rəng çalarını təqdim etmişdi.

Ducati bu il də baza komandasından başqa Pramac Racing, Gresini və VR46 komandalarını motosikletlə təmin edəcək. Beləliklə, peletonda 8 Ducati motosikleti mübarizə aparacaq.

Rauf Hacıyev

Şərh əlavə et