Xəbəri Kokpitdə Oxuyun!

M-Sport 2024-cü il maşınını təqdim edib

M-Sport komandası 2024-cü ildə Dünya Ralli Çempionatında mübarizə aparacağı Ford Puma-nı təqdim edib.

Kokpit.az xatırladır ki, britaniya komandası yeni rənf çalarını ictimaiyyətə göstərib.

Enerji içkisi olan Red Bull markası artıq ön, arxa və tavanı ağ olan maşının yanlarında yerini qoruyacaq. Yeni rəng çalarından əlavə komanda Adrien Formo və Qreqorie Munsterdən ibarət gənc sürücü heyətinə sahibdir.

Formo 2023-cü ildə M Sport Rally2 Ford Fiesta ilə Britaniya Ralli Çempionatında qalib olmuşdu. İndi isə o tamzamanlı yarışmaq üçün Rally1-ə geri qayıdır. Fransalı sürücü keçən il WRC2-də də çıxış etmişdi.

Munster isə Çili və Şərqi Avropa Rallisində M-Sport ilə yeddinci olaraq ən yaxşı nəticəni əldə etmişdi. İndi o da tamzamanlı yarışmaq üçün Puma-nın sükanı arxasına keçir.

M-Sport tərəfindən yayımlanan şəkillərdə Puma Rally1-in kuzovunda dəyişiklik görmürük. Lakin komanda son dövrlərdə modifikasiya edilmiş arxa qanaddan istifadə edir.

M-Sport komandasının rəhbəri Riçard Millener isə bildirib ki, yeni arxa qanad bu il istifadəyə veriləcək. O, bu barədə keçən il Yaponiya Rallisində danışmışdı: “Bir neçə testdə sınadığımız aero detalların üzərində işləyirdik, ancaq gördük ki, mövsümün (2023) son rallisi üçün əlverişli deyil. Bunu gələn ilə (2024) qədər təxirə salmağı qərara aldıq və bu da bizə hazırlaşmaq üçün əlavə vaxt verir. Çox həyəcanverici şey olmasa da, gələn ilin əvvəlində gətirməliyik”

Beləliklə M-Sport komandası Toyota-dan sonra bu il rəng çalarını dəyişən ikinci komanda olub.

Rauf Hacıyev

Şərh əlavə et