Kokpit.az bildirir ki, yeni maşın səma mavisi və narıncı rənglərdən ibarətdir. Hyundai qış tətilində joker haqlarından istifafə edərək, həm performansını artırmağa və həm də etibarsızlıq problemini həll etməyə çalışıb. Buna görə də maşının ağırlığını azaltmaq üçün müxtəlif addımlar atılıb.
Komanda qazburaxma sistemi və termal sistemləri təkmilləşdirmək üçün məşhur motosiklet qazburaxma sistemi istehsalçısı Akrapovic ilə tərəfdaşlığa başlayıb.
Keçən il Toyota 9 qələbə qazandığı halda Hyundai sadəcə iki ralli qazanmışdı. Buna görə də koreyalılar həm içm sürücülər çempionluğunu qazanmaq, həm də Toyota-nın üçillik hegemonluğuna son qoymaq istəyir. Buna görə də təcrübəli sürücülərdən ibarət heyət qurublar.
Ott Tanak keçən il M-Sport-da çıxış etdikdən sonra yenidən Hyundai-a qayıdıb. 2019-cu ilin Dünya Çempionu ilə Terru Növil tam mövsüm yarışacaqlar. Dani Sordo, Esapekka Lappi və yeni transfer Andreas Mikkelsen isə 13 yarışlıq mövsümdə üçüncü maşını bölüşdürəcəklər.
Komandanın rəhbəri Siril Abitebul: “Bu il yeni sürücü heyətimiz və güclənmiş Hyundai İ20
n Rally1 Hybrid ilə daha çox qələbə qazanmaq istəyirik. Bundan başqa 2024-cü ildə Sürücülər Çempionatında da qələbə üçün mübarizə apara bilərik. Ottun burada yarımçıq qalmış bir işi var və bu işi bitirmək üçün çox həvəslidir. Terri ilə birlikdə çempionluğa oynaya biləcək iki sürücümüz var.
2024-cü ildə fokuslandığımız tək şey var: uğur! Bunun üçün doğru parçalara sahibik. Bundan başqa 2025 və 2026-cı illəri əhatə edən yeni planımız var. Məqsədimiz bunu reallaşdırmaqdır”.
Şərh əlavə et