Madrid 2026-da F1-ə ev sahibliyi edəcək?

Madrid 2026-da F1-ə ev sahibliyi edəcək?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İspaniya Qran Prisinin Barselonadan Madridə köçürüləcəyi ilə bağlı söhbətlər ildən çoxdur ki, gəzir. Lakin paytaxt şəhərinin ev sahibliyi məsələsi indiyə qədər yalnız plan kimi təqdim edilib.

Formula 1-in prezidenti Stefano Domenikali əvvəlcə iki məqamı vurğulayıb: Kataloniya trasl ilə müqavilə 2026-cı ilə qədərdir və İspaniyada iki mərhələnin keçirilməsi çətin ki, mümkün olsun. Bununla belə, məşhur britaniyalı jurnalist Co Savarın sözlərinə görə, Madridin 2026-cı ildən başlayaraq İspaniya Qran Prisinə ev sahibliyi etmək hüququnu alması tezliklə açıqlanacaq.

Müqavilə 10 il müddətinə qüvvədədir və yarış İspaniyanın paytaxtında IFEMA sərgi kompleksinin ətrafında salınan yarısı daimi istifadə edilən küçələrə düşən şəhər trasında keçiriləcək. Yeri gəlmişkən, Adolfo Suares adına Barahas Beynəlxalq Hava Limanı kifayət qədər yaxın yerdə yerləşir ki, bu da əlverişlidir. Ümumiyyətlə, orada logistika ilə bağlı hər şey qaydasında olmalıdır, çünki İFEMA şəhərə ictimai nəqliyyat marşrutları və metro xətti ilə bağlıdır. Yarış özəl mənbələrdən, lakin bələdiyyə və regional hakimiyyət orqanlarının dəstəyi ilə maliyyələşdiriləcək.

Qeyd edək ki, Madrid bir vaxtlar F1-ə qucağını açıb – 1968-ci ildən 1981-ci ilə qədər İspaniya Qran Prisi paytaxtın kənarında yerləşən Xarama trassında doqquz dəfə keçirilib. Yeri gəlmişkən, həmin tras məşhur Suzuki trasının dizaynını da hazırlayan holland memar Con Hugenholtzun layihəsinə uyğun olaraq yaradılıb.

Bunları da oxuyun

Şərh əlavə et