Kokpit.az bildirir ki, meksikalı sürücü 2020-ci ildən McLaren-in şərəfini qoruyur. Pato bu illər ərzində McLaren-in çox bolidi ilə test edib. O, bu həftəsonu Əbu Dabidə MCL60-ın sükanı arxasına keçəcək.
McLaren komandası verdiyi açıqlamada bildirib ki, gənc sürücü gələn ildən McLaren Formula1 komandasının ehtiyat sürücüsü olacaq.
Komanda rəhbəri Andrea Stella: “McLaren Formula1 komandası olaraq Pato O’Vardı heyətimizə qatdığımızı sizə bildiririk. Pato İndyCar-da effektiv mövsüm keçirib və sürücü proqramında əla performans göstərib. Bunun hesabına super lisenziya qazanıb.
Biz istəyirik ki, geniş sürücü heyətimiz olsun. Onun yeni işindəki inkişafını görmək üçün səbirsizlənirik. McLaren-in ehtiyat sürücü heyətində başqa sürücülər də olacaq, lakin onların adı hələ də məlum deyil. Bu sürücülərdən biri Mik Şumaxer olacaq”.
Şərh əlavə et