Xəbəri Kokpitdə Oxuyun!

MotoGP İndoneziya: Bezzekki yarışın qalibi olub

Marko Bezzekki 2026-cı il MotoGP İndoneziya Qran Prisinin qalibi olub. 

Mandalikada keçirilən yarışdan əvvəl bütün pilotların ön təkərdə yumşaq, arxa təkərdə isə orta tərkibli şinlərdən istifadə etdiyi bildirilib.

Startda poul mövqeyindən yarışa başlayan Raul Fernandes mövqeyini Marko Bezzekkiyə qarşı qoruyub. İlk döngələrdən sonra Bezzekki və Mark Markes ikinci və üçüncü yerlərə yüksəliblər. Xorxe Martin isə altıncı pilləyə qədər geriləyib.

İkinci dövrədə Fermin Aldeqer qəza edib. Bu hadisədən sonra Martin dördüncü, Toprak isə 18-ci yerə yüksəlib. Bir qədər sonra Martin Mark Markesi uğurlu hücumla geridə qoyaraq üçüncü pilləni tutub.

Toprakın komanda yoldaşı Cek Miller və Françesko Banyaya da ardıcıl olaraq qəzaya düşüblər. Eyni dövrədə Pedro Akosta Mark Markesi qabaqlayaraq dördüncü yerə yüksəlib.

Bu arada Marko Bezzekki Raul Fernandesə hücum edərək liderliyi ələ keçirib.

Yarışın ortalarına yaxın 17-ci yerdə olan Toprak pitə qayıdaraq mübarizəni dayandırıb.

Son dövrələrdə Ai Oqura Mark Markes və Pedro Akostanı geridə qoyaraq dördüncü pilləyə yüksəlib.

Damalı bayraq dalğalananda Marko Bezzekki finiş xəttini birinci keçib. Raul Fernandes ikinci, Xorxe Martin isə üçüncü olub.

Ai Oquranın dördüncü yeri tutması ilə Mandalikada ilk dörd pillənin hamısını Aprilia motosikletləri tutub.

Oquradan sonra Pedro Akosta və Markes qardaşları finişə çatıblar. Fabio Di Cianantonio isə yarışı səkkizinci yerdə başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et