Sky Sports F1-ə danışan italiyalı pilot bolidin əvvəlki günlə müqayisədə daha yaxşı hiss etdirdiyini, lakin düzgün sazlanmaları tapmağın hələ də çətin olduğunu deyib.
Kimi Antonelli: “Bu gün bolid daha yaxşı vəziyyətdə görünürdü, amma onun ən yaxşı işlədiyi aralığın çox dar olduğu aydındır.
Xüsusilə sıralanma turu ərzində dövrə vaxtlarını yaxşılaşdırmaq üçün hər kiçik fürsətdən istifadə etməyə çalışarkən bolid hər dəfə bir qədər fərqli reaksiya verir. Hətta bu, döngədən döngəyə də dəyişə bilir.
Açığı, boliddəki problemləri müəyyənləşdirmişik və artıq paketi daha yaxşı başa düşürük. İndi əsas məsələ sazlamalar vasitəsilə bolidin ən yaxşı işləməsi üçün düzgün aralığı tapmaqdır”.
Bazar günü keçiriləcək yarışla bağlı gözləntilərindən danışan Antonelli yaxşı start götürməyə çalışacağını və dördüncü yerdən hansı nəticəni əldə edə biləcəyini görəcəyini bildirib: “Sabah yaxşı start götürməyə çalışacağıq. Daha sonra dördüncü yerdən nələr edə biləcəyimizə baxacağıq.
Podium əla nəticə olardı. Lakin sabah bolidin sükanı arxasında özümü necə hiss edəcəyimi görəcəyik. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.




Şərh əlavə et