Səhər saatlarında qəzaya düşən britaniyalı pilotun bolidi sıralanma turuna qədər yenidən hazır vəziyyətə gətirilib. Lakin Rassell gözlədiyi tempi tapa bilməyib və yaşananların əsas səbəbinin öz səhvi olduğunu etiraf edib.
Corc Rassell: “Ümumilikdə, çox pis gün idi və bunun əsas səbəbi mənim etdiyim səhvdir.
Sıralanma turunda məqsədimiz bolidin cüməgünkü kimi hiss etdirməsini təmin etmək idi. Ancaq nədənsə belə olmadı. Cümə günü vurduğumuz hər dövrədə rəqabətədavamlı idik, bu gün isə vəziyyət fərqli idi.
Arxa hissə ilə bağlı çox çətinlik çəkdim, sonra təkərləri həddindən artıq qızdırmağa başladım və vəziyyət getdikcə pisləşdi. Halbuki cümə günü hər şey qaydasında idi və bolid problemsiz işləyirdi. Bunun səbəbini anlamalıyıq”.
Start cəzasına görə yarışa gerilərdən başlaması gözlənilən Rassell xal qazanmağın çətin olacağını düşünür: “Ümid edirəm ki, xal qazana biləcəyik, amma bu, çox çətin olacaq.
Kimi bir yarışa 19-cu yerdən başlayıb qalib gəlmişdi. Amma başqa bir yarışda 16-cı yerdən start götürərək finişə təxminən 10 dövrə qalmış yalnız 10-cu yerə yüksələ bilmişdi.
Yəni eyni pilot, eyni bolid, amma tamamilə fərqli nəticələr. Buna görə də sabah nələrin baş verəcəyini həqiqətən bilmirəm”.




Şərh əlavə et