Sıralanma turundan əvvəl bəzi dəyişikliklər etdik. Bolidin hissiyatı xeyli yaxşılaşmışdı və dövrələr irəlilədikcə onun potensialından daha çox istifadə edə bilirdim.
Q1 və Q2-də əla idik. Ancaq Q3-də birinci və üçüncü döngələrdə arxa təkərlərin ilişmə qabiliyyətini itirdim və dövrə vaxtı baxımından bir qədər gerilədim. Dövrənin qalan hissəsi isə yaxşı keçdi”.
Britaniyalı pilot son cəhdində yaşadığı çətinliklərdən və bolidin balansından da danışıb: “Son cəhdimdə də bolidin arxa hissəsinin sürüşməsi ilə mübarizə aparırdım. Bolidimizdə sərhədi aşmaqla ondan geri qalmaq arasında çox incə bir xətt var. Həmin ideal nöqtəni tapmaq çox çətindir.
Yəqin ki, ilk iki sessiyada həmin nöqtəni tapmışdım. Amma trasın vəziyyətinin dəyişməsinə və ilişmə qabiliyyətinin artmasına uyğunlaşmaq lazımdır. Geriyə baxanda, bəlkə də, bunu yaxşı bacarmadım. Yəni öz adıma kifayət qədər yaxşı çıxış etmədim”.
Həmilton yarış strategiyasını da dəyərləndirərək komanda şəklində işləməyin vacibliyini vurğulayıb: “Red Bull əla iş gördü. Həm mühərrik, həm də bolid baxımından mükəmməl nəticə əldə ediblər. Onlar möhtəşəm komandadır.
Bakıda gətirdikləri yeniləmə onları ön sıralara daşıdı. Bununla belə, sıralanmadakı mövqeyimiz bizim üçün yaxşı nəticədir. Ön sıralarda iki Ferrari bolidi olduğu üçün ümid edirəm ki, sabah komanda şəklində işləyərək Maksı yaxalaya və ona təzyiq göstərə bilərik. Yeganə yol budur.
Maksın sürətli olacağına əminəm. Amma Şarl ilə birlikdə komanda şəklində hərəkət etsək, kim bilir? Görək onu qabaqlaya biləcəyikmi”.




Şərh əlavə et