Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Bunu hədəfləyirdim

Maks Ferstappen Sinqapur Qran Prisinin sıralanma turunda poul mövqeyini qazandıqdan sonra bunun Red Bull üçün xüsusi nəticə olduğunu bildirib.

Red Bull komandasının pilotu sessiyadan sonra verdiyi açıqlamada bolidin performansından və həftəsonu ərzində nümayiş etdirdikləri tempdən razı qaldığını deyib.

Sıralanma turunu dəyərləndirən  Maks Ferstappen bildirib: “Sıralanma turu boyunca aramızdakı fərqlər çox az idi. Təbii ki, poul qazandığım üçün çox xoşbəxtəm, çünki məqsədim məhz bu idi.

Bolid bütün həftəsonu ərzində son dərəcə güclü idi. Həmişə yaxşılaşdırıla biləcək məqamlar var, amma bu nəticə poul qazanmaq üçün kifayət etdi. Buna görə də çox sevincliyəm.

Müsbət istiqamətdə irəliləyirik. Buna görə də burada poul qazanmaq bizim üçün xüsusi nəticədir”.

Rauf Hacıyev

Şərh əlavə et