Xəbəri Kokpitdə Oxuyun!

L.Norris üzr istəyib

Lando Norris komanda yoldaşı Oskar Piastri ilə sprint yarışının son dövrəsində yaşadığı təmasdan sonra hadisəni əvvəlcə komanda ilə birlikdə təhlil etmək istədiyini bildirib. Piastri isə baş verənlərə görə ən çox komandanın əməkdaşlarına heyfi gəldiyini deyib.

Qəza anını komanda ilə birlikdə nəzərdən keçirmək istədiyini söyləyən Norris, ötmə cəhdinin mümkün olduğunu düşündüyünü bildirib.

Sprint yarışının son dövrəsində baş verən hadisədən sonra Sky Sports F1-ə danışan britaniyalı pilot dərhal ətraflı şərh verməkdən çəkinib: “Əvvəlcə hadisəyə geri dönüb komanda ilə birlikdə baxmağa üstünlük verərdim”.

Bolidlərin bir-birinə çox yaxın olduğu xatırladılaraq ötmə cəhdinin mümkün olub-olmadığı soruşulduqda Norris belə cavab verib “Bəli, məncə, ötmək mümkün idi. Baş verənlərə görə komandanın hamısından komanda radiosu vasitəsilə üzr istədim. Lakin dediyim kimi, hadisəyə komanda ilə birlikdə baxıb qiymətləndirəcəyik”.

Oskar Piastri isə qəzanı belə şərh edib: “Hadisəni tam olaraq görmədim.

Mənim üçün bu, sprint yarışında dördüncü və beşinci yerlər uğrunda mübarizə idi. Ona görə də hər iki halda nəticə elə də vacib deyildi. Açığı, hazırda ən çox heyfim gələn məsələ komandanın hər iki bolidi təmir etmək üçün çox gərgin işləməli olacağıdır”.

Piastri sözlərinin sonunda komandanın əməkdaşlarının üzərinə düşən əlavə iş yükünə diqqət çəkib: “Sadəcə, komandadakı əməkdaşlara heyfim gəldi”.

Rauf Hacıyev

Şərh əlavə et